Urmu gölünun quruma prosesi ilə bağlı saya oturan tarixi gəmi, ötən həftə hissələrə parçalandıqdan sonra ərazidən çıxarılıb.
 
RePost.Az Günaz TV-yə istinadən xəbər verir ki, gəminin Energetika Nazirliyi tərəfindən fiziki şəxsə satıldığı bildirilir. Məsələyə münasibət bildirən Urmu Gölünü Canlandırma Mərkəzinin Əyalət Ofisinin rəisi Fərhad Sərxoş, təmsil etdiyi qurumun gəminin metallom kimi satılması ilə bağlı məsuliyyət daşımadığını bildirib.
 
Sərxoş qeyd edib ki, Urmu Gölünü Canlandırma Mərkəzi gəminin hissələrinin ərazidən çıxarılmasına qarşı olub, bununla bağlı Qərbi Azərbaycan Ətraf Mühit İdarəsi ilə müzakirələr də aparıb. Lakin gəmini alan şəxs, qanunla onun sahibi olduğundan bütün hüqqular da ona məxsusdur. Məlum hadisəyə görə, Enegertika Nazirliyini qınayan Fərhad Sərxoş, uzun müddətdir gəminin ərazidə  görünməməsinin bölgə əhalisinə psixoloji təsir etdiyini bildirib.
 
RePost.Az
 

Baxış sayı: 3124 | Tarix: 05.09.2017
Bizi Telegramda izləyin: @repostaz