Son günlər yağan intensiv yağışlar nəticəsində Lənkəran və Astara rayonlarının bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr yağış suları ilə dolub.
 
Fövqəladə Hallar Nazirliyindən RePost.Az-a verilən xəbərə görə, Lənkəran və Astara çaylarında suyun səviyyəsi artıb. Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün FHN-nin canlı qüvvə və texnikası yağıntı suları ilə dolmuş ərazilərdə xilasetmə işlərini davam etdirir.
 
Məlumata görə, oktyabrın 4 və 5-də gecə saatlarından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə rayonlarındakı müxtəlif ünvanlarda köməksiz vəziyyətdə qalmış 367 nəfəri təhlükəsiz yerlərə təxliyyə edib.
 
RePost.Az

Baxış sayı: 2459 | Tarix: 05.10.2017
Bizi Telegramda izləyin: @repostaz