Lənkəranda çayının daşması nəticəsində yaşlı qadın köməksiz vəziyyətdə qalıb. 
 
RePost.Az-ın məlumatına görə, yağış suları qadının yaşadığı evi uçurub. Nəticədə qadın evsiz çöldə kömək gözləyib. 
 
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri cəlb olunub. Köməksiz vəziyyətdə qalan qadını xilas ediblər. 
 
RePost.Az


Baxış sayı: 2098 | Tarix: 06.10.2017
Bizi Telegramda izləyin: @repostaz