Noyabrın 24-də  Azərbaycan prezidenti İlham Əliyev Belçikanın paytaxtı Brüsseldə Şərq Tərəfdaşlığı Sammitində iştirak edib.
 
RePost.Az-ın xəbərinə görə, prezident İlham Əliyev Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasında çıxış edib.
 
Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyası başa çatandan sonra birgə foto çəkdirilib. Sonda dövlət və hökumət başçılarının şərəfinə işçi nahar verilib.
 
Bununla da prezident İlham Əliyevin Brüsselə işgüzar səfəri başa çatıb.
 
RePost.Az

Baxış sayı: 2554 | Tarix: 24.11.2017
Bizi Telegramda izləyin: @repostaz