Azərbaycan növbəti yüz il ərzində demoqrafik göstəricilərə görə Cənubi Qafqazda lider mövqeyini qoruyacaq.
 
RePost.Az xəbər verir ki, bunu Trend-ə BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin baş müşaviri Fərid Babayev deyib.
 
Onun sözlərinə görə, Azərbaycan demoqrafik inkişaf baxımından Cənub Qafqazda ən dinamik ölkədir və ölkə əhalisi Gürcüstandan iki dəfə, Ermənistandan isə 3 dəfə çoxdur.
 
F.Babayev vurğulayıb ki, proqnozlara əsasən yaxın 30 il ərzində Azərbaycan əhalisi hər onillik üçün 500 mindən çox artacaq. 21-ci əsr ərzində Azərbaycan əhalisi 3 milyondan çox artacaq, bu artımın 70 faizi isə əsrin birinci yarısının payına düşəcək.
 
Onun sözlərinə görə, Azərbaycan əhalisinin artımı əsasən təbii artım hesabına təmin olunur.
 
F.Babayev əhali sayının artmasına xarici miqrasiyanın təsirini kifayət qədər mühüm hesab etmədyini deyib.
 
Onun fikrincə, son onilliklərdə Azərbaycan əmək qabiliyyətli əhalinin sayı sürətlə artır. BMT-nin orta müddətli proqnozlarına əsasən, bu cür artım sayəsində 2018-ci ilədək 20-59 yaş arası qadınların və 20-63 yaş arası kişilərin sayı 6 milyon nəfərə çatacaq.
 
F.Babayevin sözlərinə görə, 21-ci əsrin birinci yarısında Azərbaycanda 18-20 yaş arasında əhali kateqoriyasının əmək bazarına çıxması ilə işçi qüvvəsi artımı müşahidə olunacaq.
 
RePost.Az

Baxış sayı: 3143 | Tarix: 27.11.2017
Bizi Telegramda izləyin: @repostaz