İranda yeni təsis edilmiş “Təşəyyünün Beşiyi Müəssisəsi”nin təşkilatçılığı ilə Güney Azərbaycanın Təbriz, Ərdəbil və Qum şəhərində  iki il öncə Azərbaycanın Nardaran qəsəbəsində polis əməliyyatı zamanı öldürülən radikal islamçıların anım mərasimi keçirilib.
 
RePost.Az-ın Günaz Tv-yə istinadən verdiyi məlumata görə, mərasimdə radikal islamşılara dəstək verilib, polisin Nardaranda keçirdiyi əməliyyat pislənilib. Təbrizin İmam Sadiq məscidi və Ərdəbilin Seyid Sədrəddin imamzadasında keçirilən mərasimlərə qatılanlar arasında,  Ettelaat darəsi və “Sepah” əlaltıları çoxluq təşkil edib. Onlar həbsdəki ekstremistlərə azadlıq tələb edərək, Azərbaycanda müsəlmanların və axundların hüquqlarının pozulduğunu iddia ediblər.
 
Təbrizdə keçirilən mərasimdə, Əli Xameneinin Şərqi Azərbaycan nümayəndəsi Məhəmməd Əli Al-i Haşimlə yanaşı, hökumətə bağlı olan “Səhər TV” telekanalının işçiləri mərasimin əsas aparıcıları kimi çıxış ediblər.
 
Xatırladaq ki, Nardaranda keçiriləmn əməliyyat zamanı dini radikalların hüquqü-mühafizə orqanı əməkdaşlarına atəş açması nəticəsinə 2 polis şıhid olub. Cavab atəçi ilə suilahlı dəstənin 4 üzvü məhv edilib, bir neçə nəfər həbs edilib.
 
RePost.Az

Baxış sayı: 3542 | Tarix: 28.11.2017
Bizi Telegramda izləyin: @repostaz