İsa Qəmbər bu gün xəstəxanadan evə buraxılıb.
 
RePost.Az-ın məlumatına görə, Mərkəzi Klinik Xəstəxananın kardioloqu, İsa Qəmbərin həkimi Firdovsi İbrahimov bildirib ki, İ. Qəmbərin səhhəti yaxşıdır, müalicəsini ev şəraitində davam etdirəcək.
 
Qeyd edək ki, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İ. Qəmbər ötən həftə xəstəxanaya yerləşdirilib.
 
Onun ürəyinə bir neçə stent qoyulub.
 
RePost.Az

Baxış sayı: 2972 | Tarix: 18.01.2018
Bizi Telegramda izləyin: @repostaz