Meyxanaçı Aydın Xırdalanlı bu gün səhər saatlarında Narkoloji Dispansrdə baş verən yanğından təsadüfən xilas olub. 

Bu barədə RePost.Az-a meyxanaçının dostu məlumat verib. Onların sözlərinə görə, dispanserdə müalicə olunan Aydın Xırdalanlı yanğından bir neçə saat əvvəl meyxanaçı həmkarı Vasif Əzimovun toyundan iştirak etmək üçün müalicə müəssisəsini tərk edib. Toydan gec çıxdığına görə, meyxanaçı dispanserə qayıda bilməyib. Nəticədə Xırdalanlı yanğından zərər çəkmədən qurtulub.

RePost.Az


Baxış sayı: 3618 | Tarix: 02.03.2018
Bizi Telegramda izləyin: @repostaz