Salyan rayonunda Dövlət Yol Polisi (DYP) postuna silahlı hücum edən Orxan Bağırov barəsində Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə) maddələri ilə cinayət işi başlanıb.
 
RePost.Az-ın məlumatına görə, bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
 
 

Baxış sayı: 2421 | Tarix: 03.03.2018
Bizi Telegramda izləyin: @repostaz