Azərbaycanın gündəlik qəzeti "Exo"nun baş redaktoru Rauf Talışinski dünyasını dəyişib. 
 
RePost.Az-ın məlumatına görə, tanınmış jurnalist 62 yaşında vəfat edib. 
 
Qeyd edək ki, Rauf Talışinski 16 Noyabr 1956-cı ildə Azərbaycanın tanınmış ziyalı və zadəgən ailələrindən birində anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
 
"Molodyoj Azerbaydjana", "Vışka" və "İzvestiya" kimi qəzetlərdə çalışıb. 1990-cı ildən "Ayna"/ "Zerkalo" qəzetinin rəhbərlərindən biri olaraq müasir Azərbaycan jurnalistikasının formalaşmasında böyük rol oynayıb. 
 
Rauf Talışinski 27 Yanvar 2001-ci ildən "Exo" qəzetinin baş redaktorudur. Rauf Talışinski jurnalistikanın inkişafındakı xidmətlərinə görə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.
 
RePost.Az

Baxış sayı: 2193 | Tarix: 08.05.2018
Bizi Telegramda izləyin: @repostaz