Şərqi Azərbaycanın Xosrovşah şəhərində “Qarabağ” komandası adı ilə Ramazan kubokuna qatılmaq istəyən soydaşlarımıza icazə verilməyib.

RePost.Az-ın Günaz Tv-yə istinadən verdiyi məlumatına görə, Xosrovşahın Nocədə kəndində bir qrup gənc “Qarabağ” adı ilə futbol komandası yaradaraq təşkil olunan Rəməzan kubokuna qatılmaq istəyiblər. Lakin Xosrovşahın hökumət rəsmiləri buna imkan verməyib. Şəhər Şurasının üzvləri yarışlarda “Qarabağ” adının hallanmasına qarşı çıxıblar. Buna etiraz olaraq komanda üzvləri yarışların keçirildiyi stadionun qarşısına etiraz aksiyası keçirib, üzərinə “Qarabağ bizimdir, bizim olacaq” şüarı yazılmış banner nümayiş etdiriblər.

RePost.Az


Baxış sayı: 985