Təbrizdə peyk antenası olanların 75 faizi Türkiyə və Azərbaycan telekanallarına baxır. Bu barədə Şərqi Azərbaycan Teleradio Şirkətinin rəisi Möhsün Lətifi “İran” qəzetinə verdiyi müsahibəsində deyib.
 
RePost.Az-ın məlumatına görə, o deyib ki, Şərqi Azərbaycan Teleradio Şirkəti tərəfindən aparılan araşdırmaların nəticəsinə görə,  Təbrizdə 44 faiz əhalinin peyk antenadan istifadə edir. Onların da 75 faizi Türkiyə və Azərbaycan kanallarını izləyir. “Bizim Azərbaycan musiqisinə Azərbaycan Cumhuriyyəti və Türkiyə kanallarından fərqli baxışımız var. Onların baxışı bizim dəyərlərə uyğun gəlmir. Biz İran kanallarının daha çox baxılması üçün şimal-qərb əyalətlərinə xüsusi diqqət yetirib, Azərbaycan türkcəsində seçilən əsərlər istehsal etməliyik. Türkiyə serialları İranın türkdilli əyalətlərində təsirdici gücə malikdir. Bu seriallar ticarət məqsədi ilə hazırlanır, lakin bunun arxasında siyasi, mədəni və iqtisadi ideyalar dayanır. Türkiyə serialları izləyicilərdə xüsusi gözləntilər yaradır, həmin gözləntilərin bizim tərəfimizdən təmin edilməsi mümkün deyil”- deyə Lətifi əlavə edib. 
 
RePost.Az
 
 

Baxış sayı: 3276 | Tarix: 12.06.2018
Bizi Telegramda izləyin: @repostaz