Azərbaycanda daha bir bağçada körpəyə qarşı şiddət göstərilib.
 
RePost.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə foto yayılıb. Hadisənin Gəncə şəhərindəki 31 saylı uşaq bağçasında baş verib.
 
Belə ki, Gülnarə adlı müəllimə 1,6 yaşlı Saranın üzünü yandırıb. Lakin uşağın valideynlərinə başqa bir uşağın Saranın üzünü dişlədiyini deyiblər. Guya tərbiyəçi müəllimə iz qalmasın deyə saranın üzünə buzlu su vurmaq əvəzinə isti su vurub. Nəticədə uşağın üzü yanıb.
 
Lakin valideynləri uşağı ekspertizaya aparıblar və müəyyən olunub ki, Saranın üzündəki 2-ci dərəcəli yanıqdır və dəmir alətlə törədilib. Valideyn bağçada olan kamera görüntülərini tələb etsə də, müşahidə kameralarının görüntüləri gizlədilib.
 
RePost.Az

Baxış sayı: 2801 | Tarix: 23.06.2018
Bizi Telegramda izləyin: @repostaz