Bakıda Köhnə Günəşli, Səməd bəy Mehmandarov, 68 ünvanında binanın qarşısındakı fərdi bağlarda yanğın başlayıb.
 
RePost.Az-ın məlumatına görə, əraziyə 2 yanğınsöndürən maşın cəlb olunub.
 
Həyətdə saxlanılan avtomobillər səbəbindən yanğınsöndürən maşınlar əraziyə yaxınlaşa bilmir.
 
Binanın 1-ci mərtəbəsi üçün təhlükə yaranıb.
 
Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.//Trend
 
RePost.Az

Baxış sayı: 2649 | Tarix: 26.06.2018
Bizi Telegramda izləyin: @repostaz