UEFA tərəfindən mövsümün ən yaxşı qolu seçilib.
 
Portuqaliyalı futbolçu Kristianu Ronaldunun “Real Madrid” forması ilə “Juventus”un qapısından keçirdiyi qol ən yaxşı qol seçilib.
 
2017-2018-ci il mövsümünün ən yaxşı qol ankentində Ronaldunun ötən il Çempionlar Liqasının dörddə bir finalında “Juventus”un qapısından keçirdiyi qol 197 min 496 səs toplayıb.
 
“Olympique Marsilya”nın fransız oyunçusu Dmitri Payetin “Leipzig” komandasının qapısından keçirdiyi qol isı 35 min 558 səslə ikinci yerə layiq görülüb. Üçüncü yerdə isə ispaniyalı Eva Navarronun 17 yaşdan kiçik Qadınlar arası Avropa Futbol Çempionatının finalında Almaniyaya vurduğu qoldur. Bu qol 23 min 315 xal toplayıb.
 
RePost.Az


Baxış sayı: 3162 | Tarix: 28.08.2018
Bizi Telegramda izləyin: @repostaz