Ötən gecə Bakının Ziya Bünyadov prospektində baş verən zəncirvari qəzanın təfərrüatı məlum olub. 
 
RePost.Az oxu.az-a istinadla xəbər verir ki, “Şaqman” markalı yük maşının sürücüsü yol hərəkət qaydalarını pozaraq ötmə əməliyyatı edib. Nəticədə “Kamaz”la sağ divar arasında sıxışaraq qalıb. 
 
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.
 
Qəzadan 30 dəqiqə sonra yük yeri taxılla dolu olan digər bir “Kamaz” DYP xidmətinin maşınına çırpılıb.
]
Hadisə nəticəsində yaralanan olmayıb, avtomobillərə ciddi ziyan dəyib.
 
Faktla bağlı araşdırmalar aparılır.
 
RePost.Az


Baxış sayı: 2459 | Tarix: 30.10.2018
Bizi Telegramda izləyin: @repostaz