ETTELAAT-ın Təbriz bölməsinin əməkdaşları, noyabrın 19-da azərbaycanlı bəhai Şəbnəm İsaxaninin mənzilinə basqın ediblər.
 
RePost.Az Günaz TV-yə istinadən xəbər verir ki, basqın zamanı Şəbnəm İsaxani evdə olmadığından onu həbs etmək mümkün olmayıb. 
 
ETTELAAT əməkdaşları evdə yoxlama apararaq təbrizli bəhaiyə məxsus bir sıra əşyaları götürüblər. Şəbnəmin ailə üzvlərindən onun, bu gün Təbrizin ETTELAAT idarəsinə təslim olmasını tələb ediblər. 
 
RePost.Az

Baxış sayı: 3656 | Tarix: 20.11.2018
Bizi Telegramda izləyin: @repostaz