İranda Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimə dəsətək nümayiş edirilib. 
 
RePost.Az-ın məlumatına görə, hadisə bazar günü Tehranın Azadi stadionunda “Perspolis” - "Traxtur"  qarşılaşması zamanı baş verib. Belə ki, fars klubunun tərəfdarları stadionda "Arsax" yazılmış banner nümayiş etdirərək Qarabağın ermıənilərə məxsus olduğunu bəyan ediblər.
 
Günaz TV-nin yaydığı məlumata görə, hadisə təhlükəsizlik qüvvələrinin gözü önündə baş versə də, onlar bu təxribatın qarşısını almaq üçün müdaxilə etməyiblər. 
 
Təbriz, Azərşəhr və Uskünün millət vəkili Zəhra Sai yerli mətbuata açıqlamsında hadisəni kəskin qınayıb. Onun fikrincə, bu hadisə milli birliyə qarşı yönəlib. "Bu bir fitnədir və məqsədyönlü şəkildə həyata keçirilib. Azərbaycan əhalisi belə təhqirlərə düzgün cavab verməlidir. Gənclər və İdman nazirindən bununla bağlı izahat tələb edəcəm. Cavab məni qane etməsə, məsələni parlamentdə qaldıracam”- deyə millət vəkili əlavə edib. 
 
RePost.Az
 

Baxış sayı: 3276 | Tarix: 28.11.2018
Bizi Telegramda izləyin: @repostaz