Bərdə rayonunda 15 yaşlı qız evlənmək məqsədi ilə qaçırılıb.
 
"Report" un Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Şorəlli kəndində baş verib.
 
Belə ki, kənd sakini 2003-ci il təvəllüdlü Ş.H. həmyerlisi İsmayılov Habil Eyvaz oğlu tərəfindən evlənmək məqsədilə qaçırılıb.
 
Hadisədən xəbər tutan qızın valideynləri dərhal polisə məlumat veriblər.
 
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları 8-ci sinif şagirdini qaçırmaqda şübhəli bilinən H.İsmayılovun saxlanılması üçün əməliyyat axtarış tədbirlərinə başlayıb.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Baxış sayı: 2934 | Tarix: 13.12.2018
Bizi Telegramda izləyin: @repostaz