Bakıda avtomobil yolu keçən ər və arvadı vurub. 
 
Daxili İşlər Nazirliyindən RePost.Az-a verilən məlumata görə, yanvarın 7-də, saat 12:00 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində Füzuli rayon sakini Ruslan Süleymanov idarə etdiyi “Mercedes” markalı yük maşını yolu keçən qəsəbə sakinləri Cəlal İsmayılovu və onun arvadı Xanımı vurub. 
 
Nəticədə, X.İsmayılova hadisə yerində ölüb.
 
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
 
Qeyd edək ki, qəzada həlak olan və yaralanan şəxslər operator Rizvan İsmayılovun nənəsi və babasıdır.. 
 
RePost.Az

Baxış sayı: 2383 | Tarix: 08.01.2019
Bizi Telegramda izləyin: @repostaz