Köhnə model avtobusla Gürcüstana gedərək bir gün sonra eyni dövlət qeydiyyat nömrə nişanı altında yeni model nəqliyyat vasitəsilə ölkəmizə geri qayıdan həmyerlimizin əməlinin üstü açılıb. 
 
RePost.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin açıqlamasında bildirilir. 
 
Məlumatda deyilir ki, komitənin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə bir qrup şəxsin sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə edərək Azərbaycana nəqliyyat vasitələri gətirilməsi barədə məlumat daxil olub.
gömrük-vergi rüsumlardan yayınaraq ağ, bənövşəyi, sarı rəngli 00200330 şassi nömrəli, üzərində 90-ZD-837 dövlət qeydiyyat nömrə nişanı olan avtobusla Azərbaycan ərazisinə sərnişinlərlə birgə qayıdıb.
 
Daha sonra Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert arayışına əsasən müəyən edilib ki, "SUMIT DAF EUROLİNES" markalı avtobusun ön qapısında vintlə bərkidilmiş metal lövhəcik üzərində olan məlumatlara əsasən təqdim edilmiş nəqliyyat vasitəsi "DAF/VDL" markalı avtobusun 2001-ci il istehsalı olan "SB200" şassi tipidir.
 
Faktla bağlı araşdırma aparılır.
 
RePost.Az

Baxış sayı: 2193 | Tarix: 24.01.2019
Bizi Telegramda izləyin: @repostaz