Oğuz rayonunun Padar kənd sakini özünü asaraq intihar edib. 
 
RePost.Az cebhe.info-ya istinadən xəbər verir ki, ortayaşlı Rəhim adlı şəxsin intihar etməsinə səbəb 19 yaşlı qızının digər qızının həyat yoldaşından hamilə qalması olub.
 
Qeyd edilib ki, iki ay yarımlıq hamilə olan qız keçən il orta məktəbi bitirərək, universitetə daxil olub və hazırda tələbədir. 
 
Həmçinin iddia edilir ki, qızın hamilə olduğunu bilən valideynləri onu evdən qovub və övladlıqdan çıxarıb. Bundan sonra atası özünü asaraq öldürüb. 
 
Padar kəndinin sakinləri faktı təsdiqləyiblər və hazırda mərhum üçün yas məclisi keçirildiyini bildirdilər.
 
RePost.Az

Baxış sayı: 2915 | Tarix: 31.01.2019
Bizi Telegramda izləyin: @repostaz