Yanğın baş verən "Diqlas" ticarət mərkəzi sökülə bilər. 
 
Bu barədə ONA-nın hadisə yerində olan əməkdaşına Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı məlumat verib. Onun sözlərinə görə, ilkin ekspert rəylərinə əsasən, yanğın nəticəsində binanın özülü zədələnib və binanın sökülməsi labüddür. 
 
Qeyd edək ki, martın 26-da paytaxtın Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində güclü yanğın olub. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, yanğın zamanı ümumilikdə 11 nəfər xəsarət alıb. Xəsarət alanlardan 8 nəfər Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, 2 nəfər mühafizə xidmətinin əməkdaşı, 1 nəfər isə sıravi işçi olub.
 
RePost.Az

Baxış sayı: 2459 | Tarix: 27.03.2019
Bizi Telegramda izləyin: @repostaz