Bir qrup soydaşımız İranın Azərbaycan Respublikasının paytaxtı Bakıdakı səfirliyi qarşısında piketi keçirərək həbsdə olan güney azərbaycanlı fəalların azadlığa buraxılmasını tələb ediblər.
 
RePost.Az-ın məlumatına görə, piketdə güneyli fəalların qanunsuz saxlanması və həbs olunmasına etiraz edilib. Etirazçılar “Abbas Lisaniyə azadlıq”, “Soydaşlarımıza azadlıq”, “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Urmu gölü can verir – İran onun qətlinə fərman verir” və s. kimi şüarlar səsləndiriblər.
 
Piketdə Abbas Lisani, Siyamək Mirzayi, Səhənd Məali, Kazım Səfabəxş və Hamid Allahverdipur kimi güneyli siyasi məhbusların şəkilləri nümayiş etdirilib.
 
Piketin qətnaməsi Milliyətçi Gənclər Təşkilatı Ali Şurasının üzvü tərəfindən oxunub. Qətnamədə Azərbaycan türk millətinin demokratik və milli hüquqlarını müdafiə edənlərin qanunsuz olaraq uzunmüddətli həbs cəzasına məhkum edilmələri kəskin pislənilib. Qətmanədə tanınmış güney azərbaycanlı fəal Abbas Lisaninin 8 il həbs və 2 il sürgünə məhkum edildiyinə də işarə olunub.
 
RePost.Az
 


Baxış sayı: 3637 | Tarix: 11.07.2019
Bizi Telegramda izləyin: @repostaz