Urmiyalı fəal Qulaməli Hüseynquluzadə (Qulam Quluzadə-red.) Urmiya İnqilab Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib.

RePost.Az Günaz.TV-yə istinadən xəbər verir ki, azərbaycanlı fəal “dövlət əleyhinə fəaliyyət göstərən qruplaşmalara üzvlük”də ittiham edilib.

Həmçinin məhkmənin qərarına əsasən, Qulam Quluzadəyə məxsus 2 ədəd professional kamera və səsyazan qurğu, müəyyən məlumatları GünAz TV-yə ötürmək üçün istifadə edilməsi bəhanəsi ilə müsadirə edilib.

Xatırladaq ki, Qulam Quluzadə 2018-ci ilin iyul ayının 5-də, Kəleybərdə təşkil edilən “Babək qalası” mərasimində təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdı. Saxlanılan zaman fəala qarşı zorakılıq tətbiq edilib. O, bir gün xəstəxanada müalicə aldıqdan sonra Urmiyanın Mərkəzi Həbsxanasına köçürülmüşdü.

Qulam Quluzadə 25 gündən sonra mülki vəsiqə ilə cinayət işinin tamamlanması və məhkəmənin keçirilməsinə qədər zaminə buraxılmışdı.

Fəal mədəni və ictimai fəaliyyətlərinə görə, dəfələrlə “ETTELAAT” Nazirliyi tərəfindən həbs edilib.


Baxış sayı: 5898 | Tarix: 05.10.2019
Bizi Telegramda izləyin: @repostaz