Erməni tərəfi Xacavənddə aldığı zərbə barədə məlumat yayıb. 
 
RePost.az-ın Erməni KİV-ə istinadən verdiyi məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannesyan Xocavənd istiqamətində iki erməni muzdlusunun ağır yaralandığını bildirib. Bunlardan biri 32 yaşlı Qaqik Poqosyan, digəri isə 30 yaşlı Kadjisk Zakaryandır. Hərbçilərin hər ikisinin vəziyyəti olduqca ağırdır və onların vəziyyəti ölümcül kimi qiymətləndirilir.
 
Qeyd edək ki, bunadək Artsrun Ovannesyan ermənilərin heç bir itki vermədiyini bildirirdi.
 
Bir az əvvəl yayılan məlumatda isə işğal edilmiş Dağlıq Qarabağdakı erməni ordusunun üçüncü müdafiə mövqeyində (Martuni) bu dəqiqələrdə döyüşlər getdiyi deyilirdi. 
 
Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyanın verdiyi xəbərə görə, erməni tərəfi itki verib. Belə ki, erməni ordusunun bir hərbi qulluqçusu öldürülüb, doqquzu isə yaralı halda Xankəndinin hərbi hospitalına çatdırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
 
Onu da qeyd edək ki,erməni KİV-i Qarabağdakı bu hərbi qarşıdurma barədə hələ heç bir məlumat yaymayıb.
 
Azər Selcan
RePost.az

Baxış sayı: 521 | Tarix: 01.12.2016
Bizi Telegramda izləyin: @repostaz