Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.
 
RePost.Az xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb. Belə ki, Ağdamın Maqsudlu kənd sakini, 1996-cı il təvəllüdlü Zeynallı Toğrul Musa oğlu qısqanclıq zəminində anası, 1979-cu il təvəllüdlü Zeynalova Nazirə Həmid qızını ov silahı ilə atəş açaraq öldürüb. Hadisəni görən 21 yaşlı bacısı Zeynallı Əminə Musa qızı evdən qaçıb.
 
Bacısının arxasınca düşən T. Zeynallı onu Bərdə rayonunun Kələntərli qəsəbəsində yaxalayaraq həmin silahla onu da öldürərək qaçıb.
 
Hazırda Bərdə rayonunun Polis Şöbəsinin əməkdaşları T. Zeynallının saxlanılması ilə bağlı əməliyyat keçirir.
 
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Rayon prokurorluğundan verilən məlıumata görə, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.
 
İlkin araşdırmalarla həmin gün saat 3 radələrində Alaçadırlı kəndində yaşayan Toğrul Zeynallının yaşadığı evdə qısqanclıq zəminində tüfəngdən atəş açmaqla anası Nəzirə Zeynalovanı, daha sonra yaşadıqları evdən təxminən 200 metr aralıda isə bacısı Əminə Zeynalovanı qəsdən öldürərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
 
Hazırda cinayəti törətməkdə şübhəli bilinən Toğrul Zeynallının tutularaq istintaqa cəlb olunması, habelə hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
 

Baxış sayı: 3789 | Tarix: 01.06.2020
Bizi Telegramda izləyin: @repostaz