Azərbaycanda oteldə baş verən xoşagəlməz hadisə ilə bağlı təfərrüatlar ortaya çıxıb. 
 
RePost.Az xəbər verir ki, BAKU.WS-ə müraciət edən oxucu Teymur Əhmədov bildirir ki, istirahət üçün yollandığı Qəbələdə "Qafqaz Riverside Hotel" oteldə gecələmək qərarına gəlib. 
 
Əşyalarını nömrəsinə yerləşdirən şəxs hamam otağına keçəndə xoşagəlməz vəziyyətlə qarşılaşıb. Hamam otağının divarında nəcis olduğunu görən Teymur otelin türk əsilli menecerini çağırıb və izahat tələb edib: 
 
"Sifariş etdiyimiz nömrəyə daxil olanda gördük ki, pəncərələr açıqdır. Otağı 4-5 saat qızdırmalı olduq. Ancaq sonradan pis qoxu gəldiyini hiss elədim. Hamam otağına keçib gördüm ki, divarda nəsə var. Birinci elə başa düşdüm ki, bu nəsə ləkədir. Dəsmal götürüb ləkəni siləndə anladım ki, bu insan nəcisdir. Otelin menecerini çağırıb bu barədə məlumat verdim. Dedilər ki, pəncərəni məhz ona görə açıq qoymuşuq. Mənə pəncərəni bağlamağı və beləliklə otağın qızacağını bildirdilər. Daha sonra xadimə gəlib otağı təmizləməyə başladı. Soruşdum ki, otaqdan niyə belə pis iy gəlir? Mənə dedi ki, ərəblər otaqda siqaret çəkib. Dedim bəs bu nəcis nədir? Bu sualıma da eynilə "ərəblər edib" deyə cavab verdi. Bu cür vəziyyətlə qarşılaşdım və sonda məndən 94 AZN ödəniş tələb etdilər".
 
Teymur deyir ki, bu cür biabırçılıqla qarşılaşdım və sonda nəcisli mənzilə görə ödəniş etdim.     
 
RePost.Az

Baxış sayı: 4074 | Tarix: 30.01.2017
Bizi Telegramda izləyin: @repostaz