Valideynlərindən xəbərsiz Bakıdan Qaxa gedən 21 yaşlı qız dərmandan zəhərlənib.

 

RePost.Az Apa-ya istinadən xəbər verir ki, fevralın 13-də saat 19.00 radələrində Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Nigar Oruc qızı Qasımova zəhərlənmə əlamətləri ilə MRX-a daxil olub. Məlum olub ki, o, dərmandan zəhərlənib. Nigar Qasımovaya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.

 

Bildirilib ki, Ni. Qasımova Bakı-Qax marşrutu ilə hərəkət edən sərnişin avtobusuyla Qaxa gedərkən yolda vəziyyəti pisləşib. O, əvvəlcə Qax rayon Əlibəyli kənd xəstəxanasına aparılıb, sonra MRX-a çatdırılıb.

 

Hüquq-mühafizə orqanlarında Apa-ya verilən məlumata görə, N. Qasımova evdən valideynlərindən xəbərsiz çıxıb. O, naməlum səbəbdən yolda bir neçə dərman preparatı qəbul edib.

 

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.


Baxış sayı: 6278 | Tarix: 14.02.2017
Bizi Telegramda izləyin: @repostaz