Dövlət Sərhəd Xidməti (DSX) ilk sərhədçi qadın pilot Dilarə Babayevanın xatirəsinə həsr olunmuş videoçarx hazırlayıb.
RePost.Az-ın məlumatına görə, mərhum pilotun xidmətini əks etdirən videoçarx DSX-nin "Youtube” səhifəsində yerləşdirilib.
Qeyd edək ki, DSX-nin Aviasiya Dəstəsinin ilk qadın pilotu olan D. Babayeva xidmət dövründə DSX rəhbərliyi tərəfindən təltif olunub. O, Mi-17 helikopterini idarə edib.
Qeyd edək ki, Baş leytenant D.Babayeva 2016-cı ilin avqust ayında dünyasını dəyişib. Dilarə zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib və 36 həftəlik hamilə olan qadın tibbi müdaxiləyə baxmayaraq vəfat edib. Onun bətnindəki körpəsi də tələf olub.
RePost.Az