İngilis polisinin fahişəlik edən həyat yoldaşı xəbəri səs-küyə səbəb olub.
 
İngiltərədə polis məmuru PC Skott Frost və fahişəlik edən həyat yoldaşı Sarah Ceyn Frost müsahibə verib.
 
RePost.Az Milli.Az-a istinadən xəbər verir ki, 30 yaşlı Sarah internetə qoyduğu elanda saatına 130 sterlinq qarşılığında cinsi əlaqəyə girdiyini qeyd edib.
 
Üç ildir bu tərz elanlarla müştəri tapan Sarah ölkə daxilində lazım olan ünvana yollanır.
 
Mətbuatda çıxan xəbərlərə görə, Sarah Ceyn Frost "peşəsindən" bütün yoldaşlarının və ailə üzvlərinin xəbərdar olduğunu söyləyir.
 
41 yaşlı polis məmuru PC Skott Frost da həyat yoldaşının işi mövzusunda Təhlükəsizlik İdarəsində rəislərini məlumatlandırdığını deyir.
 
Rəislərinin onun həyat yoldaşının fahişəliyində bir təhlükə görmədiyini iddia edən PC Skott Frost: "Problem olmadığını söylədilər. Onsuz da bir problem olsa, indi işsiz olardım, düz deyil?" ifadəsini işlədib.
 
Fahişəliyin qanuni olduğu İngiltərədə qadın alveri, fahişəxana işlətmək ya da küçədə müştəri axtarmaq qadağandır.
 
PC Skott-Sarah Ceyn Frost cütlüyü 2015-ci ilin avqust  ayında evləniblər.
 
1.60 boyu olan Sarah internetə verdiyi elanda 88 kilo olduğunu qeyd edib.
 
RePost.Az

Baxış sayı: 5157 | Tarix: 06.03.2017
Bizi Telegramda izləyin: @repostaz