Azərbaycan mamlyuklarının (mamlyuklar-orta əsrlərdə Misirdə türk və Qafqaz mənşəli gənc qulların arasından seçilmişlərdən hazırlanan hərbi dəstələrə deyilirdi-red.) lideri Əli Kərimli daxmaları saraylarla müharibəyə çağırdığı bir vaxtda ABŞ Konqresində Bako Saakyanın xüsusi təmsilçisi ilə dueti sayəsində yadda qalan oğul Kərimli köhnə dünyanın mərkəzində sarayları daxmalarla müharibəyə səsləyir.
Budur, bu fotoya baxın-o, Londonun ekzotik içkiləri və nadir nemətləri ilə tanınan barında çəkilib. Hansı ki, mən Birləşmiş Ştatlardan olan rəfiqəmin sayəsində, onun öz qızını ziyarət etməyə gəlmiş kifayət qədər zəngin atasının dəvəti ilə ora getmişdim. İngilislər onu amerikan barı (The American Bar) adlandırır.
Çətin ki, hətta hansısa azərbaycanlı oliqarxın oğlu da həmin barın yerləşdiyi "Savoy" otelində əylənməyə özündə güc tapsın. Onlar başqalarının gözünə kül üfürmək həvəskarları deyillər. Yəqin həm də ona görə ki, hətta onlara da pul gödən tökülmür...Ancaq budur, Azərbaycan müxalifətinin hakimiyyəti vicdana çağıran, özünün patetik hayqırtılarının az qala hər abzatsında bu hakimiyyətə nifrət püskürən, onu korrupsiya və talançılıqda ittiham edən liderinin oğlu həmin elit London barının müştəriləri arasındadır. Elə yerdə ki, unudulmaz kokteylləri, qeyri-adi təamları və başgicəlləndirici qiymətləri ilə məşhurdur. Və müxalifətçinin oğlu bu barda yaraşıqsız və çəlimsiz britaniyalı tələbə ilə qucaqlaşıb. Bristol universitetinin tələbəsi Türkel Kərimli atası Əli Kərimlinin iqtisadi böhranın apogeyində daxma əzabları barədə yazdığı bir vaxtda bax belə kef edir.
Virtualaz.org bildirir ki, müxalifət liderinin gəlirlərinin qeyri-şəffaf olmasını bir kənara qoyaq. İşsiz Kərimli bu vaxta qədər öz gəlirlərinin mənbəyini açıb göstərə bilməyib, baxmayaraq ki, bu gəlirlər sayəsində oğlunu nəinki Britaniyanın bahalı universitetində oxuda bilir, üstəlik ona bahalı Londonda dəbdəbəli, olduqca vulqar, qayğısız həyat təmin edir.
Türkel Kərimli bizdən iki masa o tərəfdə oturmuşdu. Onun ingilis dilində hündürdən "Nə dayanmısan?!"deyə səslənməsi bizi məcbur etdi ki, istər-istəməz o tərəfə baxaq. Onların qarşısında yaltaqcasına gülümsəyən, yarı əyilmiş kelner (restoran qulluqçusu) dayanmışdı.
-Bəyəm azdır?!-Türkel yenə də ingilis dilində yüksəkdən dedi.-Azdırsa al, yenə!,-və üzərində Əlahəzrət İngiltərə kraliçasının rəsmi olan 50-funtluq banknotu ofisantın sifətinə tulladı.
-Bu cavan oğlan yəqin ki, Küveytdəndir,-qonşu masadan dedilər.
-Yox, onlar Rusiyadandır,-kimsə buna etiraz etdi.
-Onlar Rusiyadan deyil, Azərbaycandandır. Bakıdandır...
-Onda yəqin hansısa neft maqnatının oğludur,-amerikalı gülümsəyərək deyir.
-Onun sözlərinə görə,-mən Türkelə tərəf işarə edib dedim,-atasının neft işinə heç bir dəxli yoxdur.
-Amerikalı heç nə başa düşmür və çiyinlərini çəkir, birbaşa nekrasovsayağı soruşur:
-Bəs onda bu "oduncuqları" haradandır?
-O, siyasi xadimdir. Ən nüfuzlu müxalifətçidir...
-Həə!-mənim rəfiqəmin atası qəhqəhə çəkir.-Yəni bu oğlan bizim pullarımızı səpələyir...
Bu məqamda biz də qəhqəhə çəkirik. Mən amerikalıya Vaşinqtonda bu yaxınlarda baş vermiş qalmaqalı xatırladıram-axı bir qrup respublikaçı-senator prezident Trampa müraciət edib ki, amerikalı vergi ödəyicilərinin pullarını o biri dünyanın ölkələrində rəngli inqilablar üçün səpələyən qoca Sorosu dayandırsın. Sorosun və onun Bakıdakı Açıq Cəmiyyət İnstitutunun qrantlarına və pullarına indiyə kimi üç Ukrayna inqilabı eləmək olardı. 2000-ci illərin əvvəllərindən Sorusun Bakıdakı "piştaxtasının" bağlanmasına qədər Kərimli və vətəndaş cəmiyyəti sektoru on milyonlarla dollar alıb. Bu pullar hara getdi? İnqilaba? Xeyr, bağışlayın, bax bu Kərimli kimilərinin qayğısız həyatına. Vətəndaş cəmiyyətinin landşaftı isə səhraya yox, lap xarabalıqlara çevrildi.
-Belə, axı repressiyalar onlara imkan vermədi ki, Sorosun işini başa çatdırsınlar,-amerikalı ehtiyatla mənə etiraz edir.
-Bəyəm Ukraynada repressiyalar yox idi, siyasi kriminal mövcud deyildi? Bəs "tituşkalar"? (Yanukoviçin nümayişçiləri "ovlayan" mülki geyimli dəstələri)
-Sual ritorik də deyil, boş yerə də deyil,-amerikalı sakitcə razılaşır.
Onların nə prinsipləri var, nə idealları, nə də ölkəni dəyişmək barədə səmimi inamları. Ancaq hakimiyyət uğrunda mübarizədən irəli gələn heyvani instinktləri və çırpınmaları. Ölkə uğrunda yox, hakimiyyət uğrunda! Uzaq 1992-ci ildə öz ciblərini doldurmaq üçün qamarladıqları və dörddə bir əsr əvvəl itirdikləri mənbəni. Hakimiyyətin dadı onların damağından getməyib. Demokratlar? Qərbpərəstlər? Avromərkəzçilər? Cənablar, onlar Putinlə, Vatikanla, hətta ayətullahın özüylə, kirpi və ilanla da ittifaqa girməyə hazırdılar ki, hakimiyyəti devirsinlər, özləri hakimiyyət olsunlar. Nəyin naminə? Quruluşun və rejimin dəyişməsi naminə? Yox, bax bu Türkel Kərimlinin kef çəkməsi naminə! Hər şey kifayət qədər banal və aydındır...
Bu amerikalı, hələ üstəlik Ağ Evdəki yeni hakim elitanın hamısı Azərbaycan Xalq Cəbhəsinin lideri Əli Kərimlinin ilk günlərdən Donald Trampla bağlı necə yanıldığına şahid oldu. Onun təbrik məktubu ABŞ-ın 45-ci prezidentinin qərargahına Trampın seçkilərdə qələbəsinin elan edilməsinin az qala birinci günü daxil olmuşdu. Axı Kərimli mərkəzdə yeni Birinci katibin seçilməsini təbrik etməyə borclu olan əyalət partokratının dəyərləri və kateqoriyaları ilə düşünür. Misli görünməmiş miskinlik Kərimlinin gözünü o dərəcədə bağlamışdı ki, o, əsas məsələni dərk edə bilmədi-bütün liberal cəmiyyət Trampın seçilməsini süngü ilə qarşılamışdı.
Bəs Kərimli kimdir? Liberallar hamısı bir səslə cavab verir?! Liberal təcridçi birini necə dəstəkləyə bilər? Ancaq saatlılı oğlan tədricçiliyə və hətta qloballaşmağa, heç liberallaşmanın özünə də türürmək istəmir. Onun hakimiyyətə qarşı mamlyuksayağı münasibəti var. Hansı ideyadan söhbət gedə bilər?
Yorulmadan korrupsionerlərlə mübarizə apardığını və Vaşinqtonun insan haqları ideallarını fədakarcasına mənimsədiyini deyən Azərbaycan demokratlarının liderinin həmin təbrik mesajında Amerikanın Demokratlar partiyası möhtəşəm qələbə münasibətilə təbrik olunurdu və orada yeni prezidentin ərinin (?!) böyük istedadı barədə komplimentlər yağdırılırdı. Seçkilərdə demokratların yox, respublikaçıların qələbə qazandığını yazmamaq texniki səhv hesab oluna bilərdi. Bəs Trampın əri məsələsi?...Bu, nəsə ayrı şeydir.
Başladılar aydınlaşdırmağa. Səbəb üzə çıxdı. Vaşinqtondan demokratiya və insan haqları uğrunda mübariz qismində ona axıdılan sanballı pulları itirməmək üçün o, həmin Əli Kərimli əvvəlcədən tərik məktubunu...Hillari Klintona yazıbmış.
Trampın qələbəsindən özünü itirən kristal təmiz milli demokrat tələsik məktubda adı dəyişib, "ər" məsələsini və "demokratlar" sözünü dəyişməyi isə tələsdiyindən yaddan çıxarıb. Axı bu cür qızıl və səxavətli mənbəni itirmək olmaz. Hansı ki, həmin mənbədən gələn müftə, pis qoxulu pulların əhəmiyyətli hissəsi Kərimlinin ailə büdcəsinə gedir.
-Hə, bizim Türkelin oduncuqları bax oradan gəlirmiş!-həmsöhbətimiz səmimi heyrətlə deyir.
-Bəli, məhz elədir! Əli Kərimli ancaq o pullara öz oğlunu Britaniyanın bu cür elit və bahalı universitetində oxuda bilər. Ancaq həmin banknotlar hesabına sizin Türkel həm qızlarla əylənir, həm ofisiantların başından pul səpələyir...Və sizin tələbənin anası (prezident aparatının keçmiş şöbə müdiri) da orada bax bu cür qayğısız yaşayır...
Düzünü desək okeanın o tayından Soros Əli Kərimlini bu cür şirin halvadan məhrum etməyə hazırlaşmır. Ona görə ki, Trampın siyasi oriyentasiyasına eyhamla səsələnin həmin səhv Ağ Evin məmurlarının o qədər də vecinə olmadı. Hər şey necə varsa eləcə də qaldı.
Bəyəm həmin "oduncuqlar" deyilmi ki, bizim dönməz müxalifətçinin oğlu dəbdəbəli "Savoya" otelinin barmeninin başından səpələyir və indi bizim küçələrimizdə üfunətlə tüstülənir? Tüstülənir, közərir, ancaq yanmır. Bizim reallıqların xoş küləyi onları kökündəcə söndürür. Ancaq adamın ürəyi ona yanır ki, onlar həmin "oduncuqları" belə boş yerə səpəpələyirlər...
RePost.Az