Paytaxtın İstiqlaliyyət və Azərbaycan prospektlərində velosiped yolu salınıb. Velosiped zolaqları bu kateqoriyadan olan nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etmək məqsədilə çəkilib.
 
Lakin buna baxmayaraq, bəzi sürücülər yeni çəkilmiş velosiped zolaqlarında avtomobillərini park edirlər. Bu isə velosiped istifadəçiləri üçün çətinliklər yaradır.
 
Velosiped sürücüsü bildirib ki, bizim üçün zolaqlar çəkilib amma maşınlar yolun kənarında dayanaraq bizə təhlükə yaradırlar:
 
“Onlar maşınlarını velosiped zolaqlarında park etdiklərinə görə biz məcbur qalıb maşın yoluna çıxırıq”.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, velosipedlər üçün çəkilmiş zolaqlara təyinatı üzrə nəzərdə tutulmamış nəqliyyat vasitələrinin daxil olmasına İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 40 manat məbləğində cərimə nəzərdə tutulub.
 
Ətraflı Baku TV-nin süjetində:

Baxış sayı: 3808 | Tarix: 26.12.2023
Bizi Telegramda izləyin: @repostaz