“Qarabağ müharibəsi zamanı da qardaş ölkənin yanındaydıq. İndi sülh məsələsi istiqamətində də yanındayıq. Bunu Ararat Mirzoyanla görüşdə də demişəm”, - o əlavə edib.
Çavuşoğlu deyib ki, başda Fransa olmaqla, bəzi ölkələr Ermənistanı əks istiqamətə yönəldir.
“Biz bunu dəfələrlə Fransız nümayəndələrinə demişik. Ermənistanı başqa yolla dəstəkləməyə çalışmasınlar. Unutmasınlar ki, can Azərbaycan heç vaxt yalnız deyil. Şuşa Bəyannaməsinə əsasən Türkiyə Azərbaycana hər cür dəstəyi verəcək. Ermənistana bu gün silah dəstəyinin edilməsi həm Ermənistana, həm də bölgəyə heç bir fayda vəd etmir. Bunun əvəzinə mütləq surətdə sülh təşviq edilməlidir", - Çavuşoğlu vurğulayıb.
O qeyd edib ki, Türkiyə Azərbaycan-Ermənistan danışıqlarında daha çox ikili görüşün keçirilməsinin tərəfdarıdır.
“Bu yöndə son dönəmlərdə baş tutan görüşləri dəstəkləyirik. Bundan sonra da davam etməsini umuruq”, - o qeyd edib.