Tbilisi şəhərinin azərbaycanlıların sıx yaşadığı Poniçala qəsəbəsində keçirilmiş xüsusi əməliyyat nəticəsində iki qardaş həbs olunub.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, həbs olunan Cəfərov qardaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunurlar.
 
Həbs olunanların qohumları və qonşuları bu ittihamın əsassız olduğunu bildiriblər.
 
Ailə üzvü Samrat Cəfərovun sözlərinə görə, narkotik vasitə qardaşlarını şərləmək məqsədilə evə atılıb. O, DİN-i qardaşlarını azad etməyə və müstəqil ekspertiza təyin etməyə çağırıb. Saxlanılan şəxslərin yaxınları baş verənlərin qonşularla mövcud münaqişə ilə bağlı olduğunu istisna etmirlər.
 
RePost.Az


Baxış sayı: 4055 | Tarix: 12.08.2017
Bizi Telegramda izləyin: @repostaz