Dünən Binəqədi rayonunda baş verən cinayət hadisəsi telefonun yaddaşına qeyd edilib.

RePost.Az  bildirir ki, axar.az-ın ünvanına göndərilən videoda bıçaqlanan qadının yerdə uzandığı, cinayətkarı isə yaşlı bir kişinin tutub saxlamağa cəhd göstərdiyi görünür. Cinayətkar əlindən bıçağı yerə atdıqdan sonra isə onu saxlayan şəxsin də yaralandığı aydın olur.

Xatırladaq ki, olay ötən gün, Azadlıq prospektində qeydə alınıb. Belə ki, 42 yaşlı Əlizadə Ellada Vladimirovna və 50 yaşlı Cələbov Cələb Fətulla oğlu bıçaqlanıb.

Hadisə şahidlərinin Report-a verdiyi məlumata görə, naməlum şəxs E.Əlizadənin ağzına və gözünə bıçaqla xəsarət yetirdikdən sonra C.Cələbovun da qulağına və qarın nahiyəsinə bir neçə bıçaq zərbəsi endirib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, E.Əlizadənin dili və dodaqları kəsilib. Qadın görmə qabiliyyətini itirməməsi üçün Zərifə Əliyeva adına Göz Klinikasına yerləşdirilib.

 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.


Baxış sayı: 3086 | Tarix: 09.09.2017
Bizi Telegramda izləyin: @repostaz