Quba Rayon İcra Hakimiyyətinin (RİH) Memarlıq və tikinti şöbəsinin müdiri Nizaməddin Əmrullayev bıçaqlanıb.
RePost.Az-ın Report-a istinadən məlumatına görə, hadisə mübahisə zəminində baş verib.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin sol tərəfinin, sol çiyinin arxa hissəsinin və sol said sümüyünün kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
RePost.Az