Azərbaycanda 12 yaşında zorlanan qız DANIŞDI – VİDEO
Azərbaycanda 12 yaşında zorlanan Samirə öz həyat hekayəsini ARB TV-də yayımlanan “Düz Bazar” verilişinə danışıb.
RePost.Az xəbər verir ki, o, 12 yaşı olan zaman məktəbin ayaqyolunda təcavüzə uğradığını bildirib.
“Hadisə məktəbin ayaqyolunda baş verdi. Məni zorlayandan sonra üz-üzə gələndə, gözlərimə belə baxmırdı. Sanki belə hadisə olmayıb. Məni tanımırmış kimi rəftar etdi. Başıma gələnləri anama danışdıqdan sonra məni qəbul etmədi. Xalamla yaşamalı oldum”.