Bakının Nizami rayonunda 1 nəfər intihar məqsədilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinə çıxıb. 
 
RePost.Az-ın FHN-nin saytına istinadın verdiyi məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək vətəndaşla müvafiq söhbətlər aparmış və onu intihar etmək fikrindən daşındırıblar.
 
"Yeni Müsavat" intihar cəhdini lentə alıb. Videoda intihara cəhd edən şəxsin damarlarını kəsdiyi də görünür. O bildirib ki, banklar onu boğaza yığıb və intihar etməsinin də səbəbi də budur.
 
Həmin görüntüləri sizə təqdim edirik.
 
RePost.Az


Baxış sayı: 3466 | Tarix: 02.10.2017
Bizi Telegramda izləyin: @repostaz