“Four Seasons Hotel Baku” Qız Qalasında fərqli Yeni İl tədbiri təşkil edir.
 
RePost.az-ın verdiyi xəbərə görə, tədbir 31 dekabrda “Qız Qalası”nda açıq havada təşkil olunacaq.
 
Yeni İl tədbiri axşam saat 22:30-dan başlayır və gecə 1-ə kimi davam edəcək. İştirak üçün bilet adambaşına 150 manatdır. Qiymətə bir bokal şampan və kürü daxildir. Bilet sahibləri “Qız Qalası”nın zirvəsindən şəhərə tamaşa edəcək, həmçinin Yeni İl atəşfəşanlığını müşahidə etmək şansını qazanacaqlar.
 
Həmçinin fərqliliyi sevən gənclər öz sevgililərinə də fərqli şəraitdə evlilik təklifi edə bilərlər. 
 
RePost.az
 

Baxış sayı: 4758 | Tarix: 21.12.2016
Bizi Telegramda izləyin: @repostaz