Bakıda biabırçı hadisə baş verib.
 
RePost.Az criminal.az-a istinadən xəbər verir ki, 14 yaşlı R.C-ova xalası qızının ərindən uşaq dünyaya gətirib.
 
NZS qəsəbəsində yaşayan R.C-ovanın hamilə olması barədə valideynləri gec xəbər tutublar. Onu Bakıdakı doğum evlərindən birinə gətiriblər. Məlum olub ki, övladları artıq hamiləliyin 36-37-ci həftəsindədir. Müayinə zamanı məlum olub ki, qız bakirədir.
 
Sonradan qız özü etiraf edib ki, xalası qızının əri ilə xeyli müddətdir sevgi münasibətləri olub. Onunla qeyri-təbii yolla cinsi əlaqədə olublar. Hətta son günlərə qədər həmin adamlar görüşürmüş.
 
Ötən gün R.C-ova qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Lakin o, uşaqdan imtina edib.
 
RePost.Az

Baxış sayı: 4074 | Tarix: 21.10.2017
Bizi Telegramda izləyin: @repostaz