Bu gün Bakının Qaradağ rayonunda baş vermiş partlayışda ölən şəxsin kimliyi müəyyənləşib.
Lökbatan qəsəbəsi yaxınlığında (qəbiristanlığın kənarında) yerləşən alimunium məhsulları müəssisəsindəki partlayışda ölən şəxsin oranın işçisi Məmmədov Bəhmən Heydər oğlu olması dəqiqləşib. Onun meyiti morqa aparılıb və daha sonra ailəsinə təhvil veriləcək.
Qeyd edək ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir və araşdırmalar davam etdirilir.
RePost.Az