Aparıcı Sevinc Camalova oğlunun yanında bir kişi tərəfindən küçənin ortasında döyülüb. 
 
RePost.Az BAKU.WS-ə istinadən xəbər verir ki, S.Camalova bu barədə sosial şəbəkədə məlumat yayıb. Aparıcının yazdığına görə, hadisənin səbəbi maşınını hansısa bir küçədə saxlaması olub. 
 
"Günorta Muradı bağçadan götürməyə getmişdim. Maşını saxlayıb bağçaya tərəf gedirdim ki, tanımadığım bir şəxs avtomobili saxlayıb məni nalayiq sözlərlə təhqir etməyə başladı. Hədə-qorxu gəlirdi ki, məni döyəcək. Bir müddət qışqırdıqdan sonra başa düşdüm ki, maşınıma görə məni söyür. Deyirdi, bu küçədə saxlama. Camaat yığışdı, bu kişi cumdu mənim üstümə və məni üzümdən vurdu. Bəli, vurdu. Bu, gunorta vaxtı, küçənin ortasında baş verib. Polisə müraciət etmişəm, nəticəni gözləyirəm. Bu məsələnin axırına gedib çıxacam", - deyə Sevinc Camalova qeyd edib.
 
S.Camalova hadisənin Nərimanov rayonunda baş verdiyini bildirib. 
 
Qeyd edək ki, Sevinc ATV və "Space" kanalında aparıcı kimi çalışıb. O, uzun müddətdir işindən uzaqlaşıb.
 
RePost.Az

Baxış sayı: 4986 | Tarix: 10.03.2018
Bizi Telegramda izləyin: @repostaz