“Baku Medical Plaza”nın Qadın xəstəlikləri və Doğum Şöbəsinin cərrah mama-ginekoloqu Səbinə Mirzəyeva bu gün vəfat edib. Ölümə qan təzyiqinin qəfil qalxması və beyninə qansızma səbəb olub.
Ginekoloqun ölümü ilə bağlı “Baku Medical Plaza” məlumat yayıb: "Bu gün klinikamız üçün ağır itki baş vermişdir. Ginekoloqumuz Dr. Səbinə Mirzəyeva vəfat edib. Ailəsinə klinikamız adından dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!"
Qeyd edək ki, Səbinə Mirzəyeva ölkənin məşhur ginekoloqlarından biri idi. O, Azərbaycan Tibb Universitetinin məzunu olub. Bir müddət Milli Onkologiya Mərkəzində, Mərkəzi Neftçilər Xəstəxanasında çalışıb. 2013-cü ildən “Baku Medical Plaza”da işləyib.