Xəbər verildiyi kimi Yeni il gecəsi İstanbulun elit əyləncə mərkəzi “Reina”da törədilmiş terror hücumu zamanı həlak olanlardan biri də Rusiya vətəndaşlığına malik olan azərbayanlı Nuranə Həsənovadır.
RePost.Az xəbər verir ki, “Komsomolskaya pravda” qəzeti 28 yaşlı Nuranənin acı hekayəsini dərc edib. Orada bildirildiyinə görə, Nuranə son illərdə Bakıda yaşayırdı və İstanbula da buradan getmişdi. Bu səbəbdən terro qurbanlarının kimliklərini araşdıran Türkiyə hakimiyyəti onu əvvəlcə Azərbaycan vətəndaşı kimi qəbul edib.
Dostlarının dediyinə görə, Nuranə ilk dəfə idi ki, xaricə gedirdi. O, çoxdandır xarici ölkələrə səyahət etməyi planlaşdırıb, ancaq alınmayıb. Yeni il gecəsini İstanbulda keçirmək qərarını Nuranə bayrama iki həftə əvvəl qalmış qəbul edib. Başqaları kimi o da inanırmış ki, yeni ili necə qarşılasan elə də keçirəcəksən. Bu səbəbdən uğursuz məhəbbət yaşamış Nuranə nəhayət yeni münasibətlər qurmağa başlamışdı və inanırdı ki, 2017-ci il onun həyatında məxsusi olacaq.
Nuranənin rəfiqəsi Svetlana deyir ki, o, Rusiya vətəndaşı olub Bakıda yaşadığına görə ancaq vizasız səyahət imkanı olan ölkələri seçə bilərdi. Və Nuranə Türkiyəni seçir. “Aman Allah, kaş ora getməyəydi”-Svetlana deyir. Rəfiqəsinin dediyinə görə, Nuranə xeyirxah insan olub, həmişə çətin məqamlara köməyə çatardı. Sözün əsl mənasında dost idi.
Nuranə dekabrın 30-da Heydər Əliyev Bakı Beynəlxalq Aerportundan İstanbula uçan təyyarəyə əyləşib. Aeroportda, daha sonra təyyarənin iilüminatorundan çəkdiyi sonuncu fotoları özünün Facebook səhifəsində yerləşib. Cəmi bir sutka sonra o, kimliyi hələ də müəyyən edilməyən və tutulmayan terrorçunun “Kalaşnikov” avtomatından yağdırdığı güllələrdən birinə tuş gəlib...
Nuranənin cəsədinin tanınması prosedurunda iştirak etmək üçün onun böyük bacısı İstanbula yollanıb. Cəsədin dünən Bakıya gətiriləcəyi gözlənilirdi. Yaxınlarının dediyinə görə, dəfn mərasimi yanvarın 4-də olacaq.../Virtualaz.org/
RePost.Az