Ötən gün xəstəxanaya yerləşdirilən aparıcı Nuran Hüseynovdan onkoloji şiş tapılıb.
RePost.Az bildirir ki, bunu qafqazinfo-ya açıqlamasında aparıcının köməkçisi məlumat verib.
Bildirib ki, N. Hüseynov təcili olaraq Almaniyaya aparılmalıdır: "Təzyiqi qalxıb-düşürdü. Zəifləmişdi, immuniteti aşağı düşmüşdü. Analizlər verilib və birinin cavabları çıxıb. Ağciyərində onkoloji şiş tapılıb. Bu səbəbdən təcili Almaniyaya getməlidir, müalicəsi davam etdirilməlidir".
RePost.Az