Xəbər verdiyimiz kimi, 162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən məktəbin direktoru Sevinc Abbasovanın bu gün məhkəməsi başlayıb.
 
RePost.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub.
 
Hadisə ilə bağlı ilk olaraq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılmışdı, bu maddəyə istintaq xitam verib.
 
Sevinc Abbasova isə günahsız olduğunu deyib: "Mənim təqsirim yoxdur".
 
İşin icraatına xitam verilməsi üçün vəsatət verilib. Lakin vəsatət təmin edilməyib.
 
Proses sentyabrın 18-də davam etdiriləcək.
 

Baxış sayı: 4834 | Tarix: 12.09.2019
Bizi Telegramda izləyin: @repostaz