Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Pərviz Quliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
 
RePost.Az “unikal.org”a istinadən xəbər verir ki, Bakı Apellasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən, P.Quliyevin apellyasiya şikayəti təmin edilməyib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Quliyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmündə göstərilib ki, P.Quliyev qəzanı törədən zaman narkotik vasitənin təsiri altında olub.
 
O, işə çıxmadan əvvəl heroin qəbul edib.
 
Hadisə ötən il sentyabrın 15-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində baş verib.
 
Bakı şəhər sakini P.Quliyev idarə etdiyi “Daewoo” markalı, 185 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Miqdat Kuxmazovu vurub. Xəstəxanaya yerləşdirilən piyada sentyabrın 22-də orada ölüb.
 
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. 

Baxış sayı: 3808 | Tarix: 04.10.2019
Bizi Telegramda izləyin: @repostaz