Ölkənin əsas magistiral yollarından biri olan Bakı - Şamaxı - Yevlax yolunun  Ağsu  aşrımından keçən hissəsində torpaq sürüşməsində  aktivlik hələ də  davam edir.
 
Yoldan gündəlik istifadə edən  sürücülərin RePost.Az-ın bölgə müxbitrinə dediklərinə görə, iki gün əvvəl  torpaq sürüşməsi səbəbindən çökən asflat qatı yenisi ilə əvəz olunsa da,  bəzi yerlərdə yeni çatlar yaranıb. Mütəxəssislər hesab edirlər ki, bu çatlar torpaq qatınının axıntısından xəbər verir.
 
Sürücülərin sözlərinə görə daha çox acnacaqlı vəziyyət  duman və şaxtalı  hava şəraiti müşahidə olunanda  yolun  45, 47, 50 ,51  148, 149  km də çətinlik yaranır.  Sürücülər hesab edir ki,əsaslı işlər görülmüyə qədər torpaq axıntısnın qarşısını almaq mümkün olmayacaq.
 
Yolun təhlükəli olan yerlərinə beton qoruyucalar qoyulsa da,artıq bəzi yerlərdə axan torpaq qatı betonları da təhlükəli vəziyyətə salıb.
 
İri tutumlu avtomabillərin və avtobusların  yola çıxmasının qarşısını almaq  üçün yolun 144 və 158-ci  km-də dəmir  maniyə qoyulub.
 
 

Baxış sayı: 4378 | Tarix: 09.02.2017
Bizi Telegramda izləyin: @repostaz