İki yaşlı uşaq üzərinə televizor düşməsi nəticəsində ölüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, hadisə fevralın 9-da Xaçmaz rayonunun Xudat şəhərində baş verib.

2 yaşlı Ümüd Zahirlinin üzərinə televizor düşüb. Uşaq xəstəxanaya aparılarkən yolda ölüb.


Faktla bağlı araşdırma aparılır.

Baxış sayı: 2592 | Tarix: 10.02.2017
Bizi Telegramda izləyin: @repostaz